Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev ilə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva arasında görüş keçirilib.
Görüşdə institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib.
Allahverdiyev bildirib ki, institutda qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun mövzular ətrafında elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçirib.
Daha sonra Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Toxumçular Assosiasiyası arasında qurulacaq əməkdaşlıq perspektivləri müzakirə edilib, iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, bu əməkdaşlıq nəticəsində istehsal olunmuş keyfiyyətli və yüksək məhsuldar tərəvəz toxumlarının ölkə fermerlərinə çatdırılmasına dəstək olmaq, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliğatı işlərini birgə həyata keçirmək, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə treninqlərin təşkilindən ibarətdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024