Mayın 25-28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Davamlı İnkişaf üçün Su” Beynəlxalq Fəaliyyət Onilliyi (2018–2028) çərçivəsində Dördüncü Yüksək Səviyyəli Beynəlxalq Konfrans keçirilib.
Dördüncü Düşənbə Konfransının əsas məqsədləri BMT-nin Su Fəaliyyəti Gündəliyində əks olunan könüllü öhdəliklərin icrasını sürətləndirmək, yeni tərəfdaşlıqlar formalaşdırmaq, su ilə bağlı çağırışlara innovativ həllər təşviq etmək, həmçinin “Su Fəaliyyət Onilliyi” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığı gücləndirmək olub.
Tədbirdə su ehtiyatlarının dayanıqlı idarə olunması, su təhlükəsizliyi, iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma, kənd təsərrüfatında suyun səmərəli istifadəsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri geniş müzakirə olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədr müavini İlham Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda Azərbaycan nümayəndə heyəti kənd təsərrüfatı sektorunda su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər və gələcək planlar barədə məlumat verib. Bildirilib ki, ölkədə suvarma infrastrukturunun yenilənməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və ekoloji cəhətdən dayanıqlı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Konfrans “Gələcək üçün su”, “İnsanlar üçün su” və “Cəmiyyət üçün su” mövzularında keçirilən panel sessiyalar və müzakirələrlə davam edib.
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026
ADAU-da “Məzun günü” təntənə ilə qeyd olunub
24 Iyun 2026