Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi elektron sistemi təkmillləşdirilib.
Sistemin təkmilləşdirilməsində məqsəd vətəndaş müraciətlərinin cavablandırılmasında operativliyin və xidmət keyfiyyətinin artırılması, xidmət səviyyəsinin ölçülməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
1652 nömrəli Çağrı Mərkəzi həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq canlı rejimdə fəaliyyət göstərir.
Dövlətin sosial-iqtisadi potensial göstəricilərindən biri kimi müasir kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi və tətbiq dairəsi özlüyündə vətəndaş məmnuniyyətinə əsaslanan idarəetməni dövlət siyasətinin prioritetlərindən birinə çevirib.
2015-ci ildən fəaliyyətə başlayan Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi yarandığı gündən vətəndaşların müraciətlərinə operativ qaydada baxılması, müraciətləri üzrə onlara tam və hərtərəfli izah verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün xidmət göstərir. Fəaliyyəti zamanı iş keyfiyyətinin artırılması və çatışmazlıqların müəyyən edilərək aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026