2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov dekabrın 6-da, saat 10:00-da Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3569090) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
03 Dekabr 2024
Quba və Xaçmazda təsərrüfatlara 100 min manata yaxın aqrar sığorta ödənişi edilib
03 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin dekabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
03 Dekabr 2024
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edəcək
02 Dekabr 2024
Nazir Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
02 Dekabr 2024