Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2025-ci ilin dekabr ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik.
İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
06 Iyun 2026
Nazir Məcnun Məmmədov İstanbulda “Sıfır Tullantı Forumu 2026” çərçivəsində kənd təsərrüfatı nazirlərinin yüksək səviyyəli toplantısında çıxış edib
06 Iyun 2026
Aqrar Sığorta Fondu təsərrüfatlara dəyən zərərləri qiymətləndirir
05 Iyun 2026
Aqrar Kredit və İnkişaf Agentliyində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
05 Iyun 2026
Aqrar sahədə yeni Dövlət Proqramına həsr olunmuş mətbuat konfransı keçirilib
04 Iyun 2026