Azərbaycanda meyvə bağları və giləməyvə əkinlərinin dövlət dəstəkli sığortalanması prosesi davam edir.
Artıq ölkə üzrə çiyələk əkinlərinin aqrar sığortasına başlanılıb.
Ölkəmizdə çiyələk plantasiyalarının sahəsi ildən ilə artır. 2023-cü ildə 313 hektar, 2024-cü ildə isə 221 hektar yeni çiyələk bağı salınıb. Hazırda Azəbaycanda 4 256 hektar sahədə çiyələk və digər giləmeyvə növləri əkilib. Bu əkinlərin 4 min hektarı artıq bara düşüb.
Çiyələk ən çox Cəlilabad (600 hektar), Lənkəran (360 hektar), Masallı (300 hektar), Şəmkir (300 hektar) rayonları ərazisində əkilir.
Çiyələk plantasiyalarında illik orta məhsuldarlıq 10 ton / hektara yaxın təşkil edir. Cəlilabad rayonu üzrə ötən il rekord səviyyədə - 32 ton/hektar orta məhsuldarlıq qeydə alınıb.
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çiyələk əkinlərini çoxsaylı risklərdən – dolu, doludan keyfiyyəti itkisi, fırtına-qasırğa, sel-subasma, 3-cü şəxslərin hərəkəti, vəhşi heyvanların hücumu və sair hadisələrdən sığortalayır.
Fermerlər əkinlərini sərfəli şərtlərlə, cüzi ödəniş etməklə sığortalaya bilirlər. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.
1000 manatlıq çiyələk məhsulunun sığortalanması fermerlərə Lənkəran-Astara regionunda 14,7 manata, Mərkəzi Aran regionunda 14,2 manata, Qazax-Tovuz regionunuda 30,7 manata, Quba-Xaçmaz regionunda isə 16 manata başa gəlir.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026