Sahələrdən 2,2 milyon tondan çox məhsul yığılıb
Respublikada taxıl biçini yekun mərhələyə qədəm qoyub.
Ölkə üzrə payızlıq taxıl əkini aparılmış 61 rayondan 20-də biçin tam yekunlaşıb, o cümlədən 16 rayonda buğda, 34 rayonda arpa biçini tam başa çatıb.
Taxıl biçini ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Mərkəzi Qərargahın iyulun 4-nə olan operativ məlumatına əsasən, ölkə üzrə taxıl sahələrinin 70,4 faizi biçilib. Sahələrdən 2 213 592 ton taxıl, o cümlədən 996 336 ton buğda, 1 217 227 ton arpa yığılıb.
Taxıl üzrə ümumi məhsuldarlıq 33,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sent/ha çoxdur. Orta məhsuldarlıq göstəricisi buğdada 36,7 sent/ha, arpada 31,8 sent/ha çatıb.
Bu il respublikada taxıl üzrə orta məhsuldarlığın yüksək olmasında düzgün toxum seçimi, aqrotexniki qulluq qaydalarının vaxtında həyata keçirilməsi, xüsusilə alaq otlarına qarşı mübarizənin düzgün təşkili, məhsulun vaxtında və itkisiz yığılması, kombaynların sürətli dislokasiya planının hazırlanaraq həyata keçirilməsi əsas rol oynayıb.
Hazırda taxıl biçini əsasən respublikanın dağlıq və dağətəyi rayonlarında aparılır. Biçin prosesində 1 344 kombayn iştirak edir. Bunlardan 475-i “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin, 869-u isə fiziki və hüquqi şəxslərin balansında olan kombaynlardır.
Biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.
Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 Iyul 2025
Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 Iyul 2025
Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq
17 Iyul 2025
“Günəbaxan bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda tarla seminarı keçirilib
17 Iyul 2025
“Aqrar Tədarük və Təchizat” ASC aqroturizm təsərrüfatlarına mediatur təşkil edib
15 Iyul 2025