19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro Week) çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ilə görüşüb.
Nazir Məcnun Məmmədov “Caspian Agro” sərgisini regionun bu sahədə ən böyük tədbirilərindən biri adlandırıb. Qeyd edib ki, sərgi iştirakçılarının sayı və tədbirə maraq ildən ilə artmaqda davam edir. Gürcüstanın builki sərgidə milli pavilyonu ilə təmsil olunmasından məmnun olduğunu deyən nazir bu platformanın Azərbaycan və tərəfdaş ölkələr arasında iqtisadi əlaqələri daha da gücləndirəcəyinə və biznes icmaları arasında yeni əlaqələrin qurulmasına kömək edəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərlə mübarizə üçün birgə səylərin artırılması, elmi tədqiqatlar və aqrar təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrup arasında fəaliyyətin genişləndirilməsi, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsinin aparılması müzakirə olunub. Bundan başqa , kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi, akvakultura və balıqçılıq sahəsində əməkdaşlıq, transsərhəd heyvan və bitki xəstəlikləri ilə bağlı müntəzəm məlumat mübadiləsinin təmin edilməsi, xüsusilə təhlükəli xəstəliklərə qarşı birgə fəaliyyət imkanlarının araşdırılması, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
30 Oktyabr 2026
Sabirabadda “Aqrar sahədə dövlət dəstək mexanizm”ləri mövzusunda panel müzakirəsi və toxum sərgi-satış yarmarkası keçirilib
30 Oktyabr 2026
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026