Ölkəmizin müxtəlif bölgələrində havaların qeyri-sabit keçməsi, güclü yağış, dolu yağması, sel-subasma hadisələri, fırtına-qasırğa kimi hallar kənd təsərrüfatı və əkin sahələrinə də zərər vurmaqdadır. Bununla əlaqədar olaraq sığortalı fermerlər tərəfindən Aqrar Sığorta Fonduna (ASF) zərər müraciətlərinin sayı artıb. May ayının əvvəlindən indiyədək ASF-yə ölkənin 35 rayonundan 3500-dən artıq müqavilə üzrə zərər müraciətləri daxil olub.
Ən çox zərər müraciətləri Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrini əhatə edir. ASF-yə ən çox zərər müraciətləri olan əkin sahələri isə Şəki-Zaqatala və Şirvan-Salyan regionlarındadır.
Daxil olan zərər müraciətləri 53 min hektar əkin sahəsi ilə əhatə olunan müqavilələri əhatə edir. Bundan 52 min hektarı taxıl sahələri – arpa-buğda əkinləridir. Zərər müraciətləri eləcə də alma, armud, badam, ərik, fındıq, gilas, nar, nektarin, pambıq, qoz və şaftalı bitkilərini əhatə edib.
Bu dövrdə ən çox baş verən hadisələr sel-subasma, çayların daşması nəticəsində sel-subasma, fırtına, qasırğa, dolu və 3-cü şəxslərin hərəkətləri olub. Son həftə ərzində daxil olan müraciətlərin əsas səbəbi dolu və fırtına-qasırğa hallarıdır.
ASF-də bütün müraciətlər qeydə alınır, yerlərdə əraziyə baxış keçirilməsi, hadisənin araşdırılması və zərərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri yönəldilir. Hazırda ASF-nin bütün ekspertləri bölgələrdə təsərrüfatlara və əkinlərə dəymiş zərərlərin qiymətləndirilməsi ilə məşğuldurlar.
Zərərin həcmindən və hadisədən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək.
Sığortalı fermerlərə zərər ödənişləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Fermerlər sığorta haqlarının məbləği və şərtləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az) tanış ola bilərlər.
Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb
20 Iyul 2026
Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib
20 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edir: Biçindən sonra əkin sahələrini yandırmayın!
20 Iyul 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 3-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
16 Iyul 2026