Biçin prosesinə 2 minədək kombayn cəlb olunacaq
Respublikada taxıl biçininə hazırlıq işləri başa çatıb. Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.
Taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində və Dövlət Aqrar İnkişaf Mərkəzlərində qərargahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün Nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətləri qərargah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişatı gündəlik olaraq nəzarətdə saxlanılır və operativ zəruri tədbirlər həyata keçirilir.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Hazırlıq ərəfəsində bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri həyata keçirilib. Hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumilikdə, 283 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.
Həmçinin, biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarə etmə mexanizminin qurulmasına imkan yaradır.
Hər il olduğu kimi bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçiriləcək. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən dəstək göstəriləcək, biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən həyata keçiriləcək.
Bu il taxıl biçini prosesinə 2 minədək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur. Bunlardan 670 kombayn “Aqroservis” ASC-nin balansında olan kombaynlardır.
Hazırda respublikanın 24 rayonunda arpa biçini davam edir. Biçin prosesinə 532 kombayn cəlb olunub. Kombaynlardan 304 ədədi fiziki və hüquqi şəxslərə, 228 ədədi isə “Aqroservis” ASC-yə məxsusdur. İyunun 2-dək respublikanın 24 rayonunda 21 min hektar arpa sahəsi biçilib, sahələrdən 48 min tondan çox məhsul yığılıb.
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024
Azərbaycada embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında roluna həsr olunmuş elmi konfrans keçirilib
24 Dekabr 2024
Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib
23 Dekabr 2024
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024