Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün Lənkəranın İstisu qəsəbəsində yerləşən “Sitrus vadisi” təsərrüfatına aqrotur təşkil edilib.
Təsərrüfat sahibi şəhid övladlarına sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar barədə ətraflı məlumat verib. Bağa ekskursiya zamanı uşaqlar feyxoa, naringi yığımında iştirak edib, həmçinin cənub regionuna məxsus təamların dadına baxıblar. Bundan başqa uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunub, müsabiqələr keçirilib. Sonda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.
Turun keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 Iyul 2025
Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 Iyul 2025
Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq
17 Iyul 2025
“Günəbaxan bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda tarla seminarı keçirilib
17 Iyul 2025
“Aqrar Tədarük və Təchizat” ASC aqroturizm təsərrüfatlarına mediatur təşkil edib
15 Iyul 2025