2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov dekabrın 12-də, saat 10:00-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-866-48-66) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
10 Yanvar 2025
Aqrar Sığorta Fondu bölgələrdəki mütəxəssisləri sərfəli şərtlərlə əməkdaşlığa dəvət edir
10 Yanvar 2025
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin yanvarda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
06 Yanvar 2025
Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edəcək
06 Yanvar 2025
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib
29 Dekabr 2024