Saatlı rayonunda aqrar sektorun inkişafında dövlətin dəstək mexanizmləri barədə məlumatlılığın artırılması məqsədilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub.
Panel Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşkilatçılığı ilə “Prime Cotton” MMC-nin Saatlı filialında keçirilib.
Tədbirin əsas məqsədi kənd təsərrüfatında dövlət dəstək siyasətinin prioritet istiqamətləri, fermerlərin güzəştli kreditlər, subsidiyalar və sığorta mexanizmləri ilə bağlı məlumatlılığını artırmaq, həmçinin regionlarda sahibkarların inkişafına yönəlik yeni təşəbbüslərin formalaşmasına dəstək göstərmək olub.
Panel müzakirəsində Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Məşğulluq Agentliyi, Aqrar Sığorta Fondu, “Rabitəbank” ASC, “Expressbank” ASC, “Unibank” ASC, “Yelo Bank” ASC, “FİNCA AZERBAİJAN” BOKT nümayəndələri spiker qismində çıxış ediblər.
Spikerlər çıxışlarında kənd təsərrüfatı sahəsində dövlət dəstək mexanizmlərinin tətbiqi və bu istiqamətdə həyata keçirilən yeni layihələr barədə ətraflı məlumat veriblər. Çıxışlarda fermerlər üçün mövcud kredit, subsidiya və sığorta imkanlarının əhəmiyyəti, kənd yerlərində məşğulluğun artırılması, ixrac yönümlü istehsalın təşviqi və beynəlxalq bazarlara çıxış imkanları kimi məsələlər müzakirə olunub.
Panelin yekununda qeyd edilib ki, dövlətin aqrar sahəyə dəstək mexanizmlərinin davamlı şəkildə təkmilləşdirilməsi kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, kənd yerlərində məşğulluğun genişlənməsinə və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib
28 Iyul 2026
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
27 Iyul 2026
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
27 Iyul 2026
Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb
27 Iyul 2026
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026