Bakı Konqres Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib.
Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə dekabrın 5-16-da keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində təşkil olunub.
Rəsmi açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə dövlət qurumlarının rəsmiləri, gənclər sahəsində fəaliyyət göstərən şəxslər və könüllülər iştirak ediblər. Aqrar İnkişaf Könüllüləri kənd təsərrüfatına aid məhsul və müasir texnikalardan ibarət sərgi stendi ilə tədbirin qonaqlarına aqrar sahə və Təşkilat haqqında məlumat veriblər. Könüllülərin aqrar sahəyə aid stendi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Forum çərçivəsində gənclər 2024-cü il üzrə “İlin Könüllüsü” mükafatı ilə 5 nominasiya üzrə təltif olunublar. Aqrar inkişaf könüllüsü Səadət Zeynalabdılı “Dövlət orqanlarında könüllülük” nominasiyası üzrə “İlin könüllüsü” mükafatına layiq görülüb, iki aqrar inkişaf könüllüsü isə fəal könüllü kimi təltif ediliblər.
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024
Azərbaycada embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında roluna həsr olunmuş elmi konfrans keçirilib
24 Dekabr 2024
Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib
23 Dekabr 2024
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024