V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində dəyirmi masa müzakirələri təşkil olunub.
“Ağıllı texnologiyalar, süni intellekt və rəqəmsallaşma vasitəsilə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi” adlı 1-ci dəyirmi masada kənd təsərrüfatı üzrə rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, təsərrüfat səviyyəsində qərar qəbuletməni dəstəkləyən süni intellekt əsaslı alətlər, iqlim dayanıqlılığı üçün məlumatlara əsaslanan sistemlər, milli aqro-ərzaq gündəliyinin icrası məqsədilə institusional koordinasiya mövzuları ətrafında müzakirə aparılıb.
2-ci dəyirmi masa “Aqro-ərzaq sektorunda investisiya və ixrac rəqabətqabiliyyətliliyi” mövzusuna həsr olunub. Müzakirədə iştirak edən mütəxəssislər aqro-ərzaq dəyər zəncirləri üzrə investisiya prioritetləri, ixrac rəqabətqabiliyyətliliyi və şaxələndirmə strategiyaları, həmçinin maliyyələşdirmə alətləri və risklərin azaldılması mexanizmləri barədə fikirlərini bölüşüblər.
Tədbirdə aqrar sahənin müxtəlif istiqamətləri üzrə təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026