Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb.
Tədqiqatlar Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, Bakı Dövlət Universiteti və FAO-nun dəstəyi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Letgen Biotechnology və Bayramlı Group şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.
Qarabağ və Dilbaz at cinslərinin genom miqyasında tədqiqinə dair genişmiqyaslı layihənin əsas məqsədi bu iki milli at cinsinin genetik irsinin qorunması, onların genom miqyasında struktur və funksional variasiyalarının identifikasiyası, marker-assosiativ seleksiya sistemlərinin qurulması və genetik resursların uzunmüddətli elmi əsaslarla qorunmasıdır. Layihənin ilkin fazasında yerli ekspertlər və Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindən müxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələri götürülmüş, fenotip qiymətləndirmə aparılmışdır.
Götülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri
olaraq müəyyən edilib.
Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrin hazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrin mühüm genetik məlumatlar elektron verilənlər bazasında yerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıq proqramları təkmilləşdiriləcəkdir.
Qeyd edək ki, bu layihə təkcə elmi araşdırmalar baxımından deyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsininqorunması baxımından strateji əhəmiyyət daşıyır.
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026
Xocavəndin Qırmızı bazar qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
14 May 2026