Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində dəstək tədbirləri davam edir.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində magistratura dərəcəsi üzrə təhsil alan tələbələrə şəxsi bizneslərinin yaradılması üçün dəstək göstərilib.
Qadınların məşğulluq və sahibkarlıq imkanlarının artırılması, ixtisaslı kadrların yetişdirilməsi, eləcə də onların kənd təsərrüfatı sahəsində rolunun gücləndirilməsi məqsədilə 9 tələbəyə ting və şitil yetişdirmə üzrə dəstək göstərilib. Tingçilik istiqaməti üzrə 6 nəfərə ümimilikdə 3000 ədəd qızılgül, 1500 ədəd “Təbrizi”, “Bayanşirə”, “Red qlob” üzüm tingləri verilib. Şitilçilik sahəsi üzrə isə 3 nəfərə istixanada yetişdirilməsi üçün 420 ədəd xiyar şitili təqdim olunub.
Bundan başqa qeyd olunan istiqamətlər üzrə tələbələr gübrə, pestisid, herbisid və bağ avadanlıqları ilə təmin olunublar. Layihə çərçivəsində 1 il ərzində tələbələrin bu sahədə davamlı fəaliyyət göstərmələri üçün onlara təlim və biznes konsaltinq xidmətləri göstəriləcək.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək 330 təsərrüfatın qiymətləndirilməsi aparılıb, tələblərə cavab verən 473 fermerə təlimlər keçirilib. Ümumilikdə 20 region üzrə 236 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.
"Caspian Agro-2025" sərgisi çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib
13 May 2025
Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
13 May 2025
Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçirilir
13 May 2025
Azərbaycan və Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
12 May 2025
Nazir Məcnun Məmmədov Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb
12 May 2025