2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev aprelin 9-da, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Göygöl rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditlərin verilməsi, əkin və toxum subsidiyası, işlə təminat və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Əvvəlcə Seymur Mövlayev Quşqara kəndində salınmış intensiv və superintensiv meyvə bağlarına baxış keçirib, Firuzabad kəndində fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzinin fəaliyyəti ilə tanış olub.
27-28 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
26 Iyul 2024
Yardımlıda Aqrar Biznes Festivalı keçirilib
25 Iyul 2024
AFAQ layihəsi çərçivəsində Tovuz rayonunda qadın fermerlərə dəstək göstərilib
25 Iyul 2024
Respublikada taxıl biçini ilə bağlı müsabiqə elan edilib
24 Iyul 2024
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
24 Iyul 2024