Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev iyul ayının 9-da Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Astara və Lənkəran rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə bərpa, güzəştli şərtlərlə kreditin əldə olunması, balıqçılıq təsərrüfatının qeydiyyata alınmasına köməklik göstərərilməsi, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
AXA sədri hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib.
Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra AXA sədri Astara rayonunun Səncərədi kəndində “İmanna” MMC-yə məxsus 19 hektar sitrus meyvə baglarına, Artupa kəndində “Astara FİSH” MMC-yə məxsus balıqyetişdirmə təsərrüfatına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Həmçinin Ərçivan qəsəbəsində “İmanna” MMC-yə məxsus çəltik emalı müəssisənin iş fəaliyyəti ilə tanış olub.
Görüşlər zamanı balıqçılıq təsərrüfatlarında balıqların saxlanma və yetişdirilməsi, həmçinin sitrus meyvə bağlarında həyata keçirilən aqrotexniki tədbirlər, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, toxumçuluq potensialının inkişaf etdirilməsi baytarlıq və fitosanitar xidmətlər sisteminin gücləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
25 Avqust 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026