Aqrar Tədqiqatlar Mərkəzində təşkil olunan 1-ci Yay Təcrübə Proqramı uğurla başa çatıb. “Aqrar elmə doğru ilk addım” adlı Proqramda ölkənin bir sıra təhsil müəssisələrinin tələbələri iştirak edib.
Təcrübə proqramının məqsədi gənclərin aqrar sahə ilə bağlı biliklərinin artırılması, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərlə tanışlıq, Mərkəzdə aparılan tədqiqat işlərində iştiraklarının təmin edilməsi olub. Bu istiqamətdə 2 ay davam edən Proqram çərçivəsində Mərkəzin direktoru, direktorun müavinləri və müşavirləri, eləcə də digər əməkdaşları tərəfindən iştirakçılara Azərbaycanın kənd təsərrüfatının inkişaf tarixi, hazırki vəziyyəti, aqrar sahədə dövlət siyasəti, kənd təsərrüfatı istehsalı, ərzaq təhlükəsizliyi, eləcə də analitik hesabatların hazırlanması, araşdırma və tədqiqatların aparılmasında əsas məqamlar, xətti proqramlaşdırma modellərinin aqrar sahədə tətbiqi, data analizi və s. sahələrdə təlimlər keçilib. Təlimlər ümumilikdə 16 mövzunu əhatə edib.
Həmçinin Proqram çərçivəsində iştirakçıların Kənd Təsərrüfatı Muzeyinə səfəri təşkil olunub.
Təlimlərin yekununda iştirakçıların Proqram dövründə əldə etdikləri biliklərin qiymətləndirilməsi üçün konkret tapşırıqlar verilib. Bu tapşırıqlar əsasında iştirakçılar təqdimatlar hazırlayaraq təlimçilər və digər iştirakçılar qarşısında təqdim ediblər.
Sonda Mərkəzin direktoru Rəşad Hüseynov tərəfindən Yay Təcrübə Proqramının iştirakçılarına proqramda iştiraklarına və uğurla başa vurmalarına dair sertifikatlar təqdim olunub.
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026
Xocavəndin Qırmızı bazar qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
14 May 2026