2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov dekabrın 10-da Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin subsidiyasının ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazir müavini qəbuldan sonra Quba DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Daha sonra Elçin Zeynalov Zərrabi kəndində salınmış intensiv meyvə bağına baş çəkib, meyvə yığımı və qablaşdırılması prosesi ilə tanış olub. Femrerlərlə Aqrar Subsidiya Şurasının 2025-ci il üçün açıqladığı subsidiya əmsalları, çoxillik əkmələrə dövlət dəstəyi mexanizmləri, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.
Nazir müavini Elçin Zeynalov həmçinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitununa baş çəkib, laboratoriyaların vəziyyəti ilə tanış olub, aparılan elmi tədqiqat işləri ilə maraqlanıb. Kollektivlə görüşdə institutun fəaliyyət istiqamətləri, tədqiqat işlərinin günün tələblərinə uyğunlaşdırılması, praktik təcrübi fəaliyyətin genişləndirilməsi, institutun maddi-texniki bazasının daha da yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir müavini Sarvan Cəfərov Naxçıvanda vətəndaşları qəbul edib
11 Dekabr 2024
AKİA sədri Masallıda intensiv meyvə bağlarına baş çəkib, fermerlərlə görüşüb
11 Dekabr 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Masallıda vətəndaşları qəbul edib
11 Dekabr 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm təsərrüfatlarına infotur təşkil olunub
10 Dekabr 2024
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Saatlıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
09 Dekabr 2024