Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2026-cı ilin may ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik.
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
12 May 2026
Bərdədə müasir aqrar yanaşmalarla bağlı maarifləndirici seminar keçirilib
12 May 2026
Nazir müavini Elçin Zeynalov FAO-nun Regional Konfransının 35-ci sessiyasında iştirak edir
12 May 2026
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 2026
“Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib
08 May 2026