Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin tərəfdaşlığı ilə paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb. Yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsinin yaxınlığı) ərazisində təşkil olunub.
Açılış mərasimində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, dövlət qurumlarının nümayəndələri, fermerlər və sahibkarlar iştirak ediblər.
Yarmarkada dünyanın müxtəlif ölkələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.
Burada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunur.
Qeyd edək ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.
Balıq yarmarkası 3 gün davam edəcək.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026