15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş (“Caspian Agro 2019”) mətbuat konfransı keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinun beynəlxalq əməkdaşlıq şöbəsinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli, Caspian Event Organisers şirkətinin regional direktoru Edvard Stron, Caspian Event Organisers şirkətinin layihə rəhbəri Zarina Məmmədova, Caspian Event Organisers şirkətinin tədbirlər üzrə meneceri Svetlana Fuks, şirkətin əməkdaşı Nigar Əliyeva, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini Aysel Fərziyeva iştirak ediblər.
Təşkilatçılar bildiriblər ki, builki sərgi dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Keçən il ilə müqayisədə sərginin ekspozisiya sahəsi 20% artıb. Eksponentlərin 70%-ni xarici şirkətlər təşkil edir.
Qeyd olunub ki, sərgidə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirir. Bildirilib ki, uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgini ziyarət edir, istehsalçı və distribyutorların Azərbaycan bazarında təqdim etdikləri yeni məhsullar ilə tanış olur. Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi də fəal iştirak edir və tədbiri yaxından dəstəkləyir.
Bu il “Caspian Agro” sərgisi öz tarixinin ən genişmiqyaslı tədbirini keçirir. Sərgi dünyanın 26 ölkəsini təmsil edən 240 şirkət nümayəndələrini bir araya gətirib. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplar ilə iştirak edir. Sərgidə ənənəvi iştirakçılar ilə yanaşı, debüt edən ölkə - Mərakeş də yer alır. Sərgidə debüt edən şirkətlərin sayı tədbir iştirakçılarının 40%-ni təşkil edir. “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru “Prior Leasing” şirkətidir.
İştirakçılar aşağıdakı bölmələrdən ibarət olan, regionda ən böyük ekspozisiyanı təqdim edir: suvarma sistemləri, istixanalar üçün avadanlıqlar, parniklər, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvan yemləri, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin becərilməsi və s. (Tam siyahı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:
https://caspianagro.az/az-content/54.html).
Kənd təsərrüfatı məhsulları və avadanlıqlarının geniş çeşidi, suvarma və sulama sistemləri, istixanalar və yerli istehsalçıların digər məhsulları "Made in Azerbaijan" brendi altında sərgidə təqdim olunur.
Uzun illər ərzində sərgiyə dəstək vermiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgi çərçivəsində ilk dəfə olaraq 3-cü sərgi zalında, eləcə də açıq platformada innovativ stend ilə iştirak edir. Stenddə ölkənin kənd təsərrüfatı sahəsindəki ən son nailiyyətlər, eləcə də ən son sənaye yenilikləri nümayiş etdiriləcək. Həmçinin stenddə nazirlik tərəfindən dəstəklənən perspektivli “startaplar” geniş təqdim olunacaq. Bu təşəbbüs çərçivəsində tələbələr və gənc mütəxəssislər öz innovativ layihələrini sənayenin aparıcı iştirakçılarına nümayiş etdirmək, dəyərli təcrübə və dəstək almaq imkanı əldə edəcəklər.
Beləliklə, “Сaspian Agro 2019” sərgisi növbəti dəfə kənd təsərrüfatı kompleksinin bütün mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distrbyutorları və Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəs üçün görüş yerinə çevriləcək.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024