Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini icra edən Cəfər Məhərrəmov sentyabrın 19-də, saat 10:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-544-74-94) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Aqrar Sığorta Fondu Bakıda və bölgələrdə - Təqaüdlü Təcrübə Proqramına başlayır
22 Sentyabr 2023
Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
22 Sentyabr 2023
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
21 Sentyabr 2023
Qazaxda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib
21 Sentyabr 2023
“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
19 Sentyabr 2023