Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 20-də saat 09:00-da Kəlbəcərdə Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Kəlbəcər və Laçın rayonlarının sakinləri Kəlbəcər DAİM-ə (055-379-74-44) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
25 Avqust 2026
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib
25 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
25 Avqust 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026