Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli yanvarın 16-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında bu rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiya ödənişləri, torpağın aqrokimyəvi analizi, tingçilik, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra Azad Cəfərli DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Xaçmaz rayonunun Canaxır kəndində fermer Fərman Ağayevə məxsus 5 hektar intensiv şaftalı və 3 hektar intensiv gilas bağına baxış keçirib, bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Şəkidə arı xəstəliklərinin idarə olunması və biotəhlükəsizlik üzrə genişmiqyaslı təlim proqramı başlayıb
12 Avqust 2026
Azərbaycanda torpaq laboratoriyaları beynəlxalq standartlara uyğunlaşdırılır
12 Avqust 2026
Çəltik sahələrinin sığortası davam edir – ŞƏRTLƏR, MƏBLƏĞLƏR – SON 10 GÜN!
10 Avqust 2026
Azərbaycanda daha bir aqropark yaradılıb
10 Avqust 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir
10 Avqust 2026