Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsinin dəstək göstərdiyi 9 təsərrüfat üzrə aqroturların turizm şirkətlərinə təqdimatı baş tutub.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 19 turizm şirkətinə hər bir tur haqqında ətraflı məlumat verilib, aqroturizm təsərrüfatlarından hazırlanan video çəkilişlər təqdim edilib.
Aqroturlar Lənkəran, Lerik, Astara, Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Göyçay, Kürdəmir əraziləri də daxil olmaqla ümumilikdə 15 rayonu əhatə edir. Turlarda təsərrüfatların potensialları və göstərdikləri xidmətlərlə yanaşı yerləşdikləri regionların mətbəxləri və digər maddi mədəniyyət nümunələri də əksini tapıb.
Gələcəkdə layihə çərçivəsində aqroturizm yönümlü təsərrüfat sahələrinin genişləndirilməsi və aqroturların sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bugünədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024
Azərbaycada embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında roluna həsr olunmuş elmi konfrans keçirilib
24 Dekabr 2024
Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib
23 Dekabr 2024
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024