Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Nümayəndəliyin əməkdaşları ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, bu sahədə cari vəziyyət və monitorinqlərin aparılması, Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan bal festivalının təşkilati məsələləri, aqroturizm təsərrüfatlarının yaradılması məsələləri müzakirə olunub. Səfər çərçivəsində nümayəndə heyəti rayon ərazisində yeni istifadəyə verilmiş arıçılıq məhsullarının satış mağazası və baytarlıq aptekinin fəaliyyəti ilə tanış olublar.
Daha sonra nümayəndə heyəti Kəlbəcərdə yaylaqlara köç etmiş heyvandarlıq və arıçılıq təsərrüfatlarına baş çəkib, yaylaqların ümumi vəziyyəti, heyvanların saxlanma şəraiti, məhsuldarlıq göstəriciləri və baytarlıq tədbirləri ilə maraqlanıblar.
Görüşdə iştirak edən fermerlərlə aqrar sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlər heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Aqronom və baytarlar üçün yeni imkan!
10 Aprel 2026
Aqrar Sığorta Fonduna 6500 hektardan artıq əkin sahəsi üzrə zərər müraciətləri daxil olub
10 Aprel 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qusarda vətəndaşları qəbul edib
10 Aprel 2026
Yaylaq mövsümü ilə bağlı fermerlərin qeydiyyatına start verilir
09 Aprel 2026
Nazir Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
09 Aprel 2026