Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Laçında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Səfər çərçivəsində nazir əvvəlcə Laçın rayonunun yaylaqlarına köç etmiş heyvandarlıq təsərrüfatlarına, Minkənd kəndində yerləşən əkin sahələrinə, Sus, Bəylik və Zabux kəndlərində məskunlaşmış əhali üçün seçilmiş ferma yerlərinə baxış keçirib. Daha sonra nümayəndə heyəti “Zerti” Agro-Sənaye Parkında yerləşən heyvandarlığın inkişafı üçün seleksiya mərkəzi, orqanik istixanalara baş çəkib, “Həkəri Balıq Təsərrüfatı”nın fəaliyyəti ilə tanış olublar.
Fermer və sahibkarlarla görüşdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların tətbiqi, müasir əkinçilik texnologiyalarına keçid, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı, dövlət dəstəyi mexanizmlərinin ölkədə əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib.
Görüş zamanı heyvandarlığın inkişafı məqsədilə aqrar sənaye kompleksləri və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
25 Iyun 2026
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026