Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) mütəxəssisləri tərəfindən Qax rayonunda “Üzüm bağlarında quru budamadan sonra zoğların quru bağlanması və tənəyə forma verilməsi qaydaları” mövzusunda tarla seminarı keçirilib.
Seminarda üzümün budanması, aqrotexniki qulluq işlərinin aparılması, xəstəlik və zərərvericilərlə qarşı mübarizə tədbirləri ilə bağlı vacib məqamlar vurğulanıb. Məhsulun yüksək keyfiyyətli olması üçün son dövrlərdə müşahidə edilən ekoloji amillərin yarada biləcəyi risklərin yumşaldılması və onların üzüm bitkisinə mənfi təsirinin azaldılması yolları diqqətə çatdırılıb. Eyni zamanda, üzümdə çiçəkləmənin və tozlanmanın normal baş verməsi, yaşıl əməliyyatların aparılması və gübrələrin tətbiqi, budamanın aparılma vaxtı və qaydaları haqqında fermerlərə tövsiyələr verilib.
Həmçinin, tənəyin quru bağlanması haqqında məlumat verilib, tənəyin çoxillik hissələrinin və bar zoğlarının məftilə bağlanmasının quru bağlama olduğu vurğulanıb. Bildirilib ki, zoğların quru bağlanması tənəyə forma verilməsində və verilən formanın saxlanılmasında mühüm əməliyyatlardan biridir. Tənəyə forma verilmə dövründə quru bağlama ştambın şaquli vəziyyətdə durmasını və zoğların düzgün yerləşməsini, habelə məhsuldarlığın artmasını, torpağın becərilməsi işlərinin asanlaşdırılmasını təmin edir. Zoğların məftillər üzərində düzgün yerləşdirilib bağlanması tənəkdə olan polyarlığı məhdudlaşdırır ki, bunun da nəticəsində bir zoğun üzərində gözcükdən əmələ gələn zoğlar eyni bərabərdə inkişaf edir və gözcüklərin açma faizi yüksək olur. Tənəyin quru bağlanması zamanı bar zoğları məftillərin səthi üzərində düzgün yerləşdirilməlidir. Zoğlar məftilə bağlanılmalıdır.
Qeyd olunub ki, tənəyin quru bağlanmasını şirə axımının əvvəlindən başlayaraq tumurcuqlar açılana qədər qurtarmaq lazımdır. Çünki bu dövrdə zoğlar şirə hərəkəti başladığından elastik olur və əyib məftilə bağlayarkən qırılmır. Quru bağlama tumurcuqlar şişən dövrdə aparılmalıdır. Çünki bu zaman gözcüklər qopub tökülə bilər.
Daha sonra quru bağlama və tənəyə forma verilməsi prosesi mütəxəssislər tərəfindən əyani şəkildə göstərilib.
Tədbirin sonunda fermerlərə üzümçülükdə budama, aqrotexniki qulluq işlərini, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərini əks etdirən broşura və bukletlər paylanıb.
Nazir Məcnun Məmmədov Tərtər və Bərdədə intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub
21 Aprel 2025
Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna 76 müraciət daxil olub
21 Aprel 2025
Nazir Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
18 Aprel 2025
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün Bakıda və Naxçıvanda imtahanlar keçirilib
17 Aprel 2025
BDU-da “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi ilə bağlı vorkşop keçirilib
17 Aprel 2025