Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qax, Şəki, Tərtər, Bərdə və Göygöl rayonlarında toxumluq buğda və arpa əkin sahələrinə baxış keçirib.
Səfər çərçivəsində Şəki və Tərtər Bölgə Təcrübə Stansiyalarında aparılan seleksiya işləri ilə tanış olunub, alimlər və mütəxəssislərlə görüşlər keçirilib. Görüşlər zamanı dənli-taxıl bitkilərinin ilkin toxumçuluğunun təşkili, eləcə də aqrar sahədə rəqəmsallaşmanın yaratdığı imkanlar və üstünlüklər barədə ətraflı məlumat verilib, onların təklif və fikirləri dinlənilib.
Qeyd olunub ki, məhsuldarlığın artırılmasında yerli iqlim şəraitinə uyğun, yüksək məhsuldar sortlardan istifadə, eləcə də sertifikatlı toxumlardan istifadə xüsusi əhəmiyyət daşıyır. Sertifikatlı toxumlar yüksək cücərmə qabiliyyəti və sort təmizliyi ilə seçilərək məhsulun keyfiyyətinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına birbaşa təsir göstərir.
Əkin sahələrinə baxış zamanı sahələrin fitosanitar vəziyyəti, sort təmizliyi yerində qiymətləndirilib, fermerlərə müvafiq tövsiyələr verilib.
Toxum istehsalının artırılması, keyfiyyətli toxum təminatının gücləndirilməsi və bu sahədə özünütəminat səviyyəsinin yüksəldilməsi aqrar sektorun əsas prioritet istiqamətlərindən olduğu qeyd olunub. Bildirilib ki, bu məqsədlərə alim və fermerlərin birgə əməkdaşlığı nəticəsində nail olmaq mümkündür.
Nazir müavini Zaur Əliyev Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb
19 Iyun 2026
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
19 Iyun 2026
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəranda Arıçılıq Muzeyinin açılışı olub
19 Iyun 2026
Nazir Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
18 Iyun 2026
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib
18 Iyun 2026