Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Kürdəmir, Ağsu, Göyçay və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, texnika ilə təmin olunma, əkinlərin sığortalanması, tinglərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Daha sonra nazir müavini Seymur Səfərli rayonun Sor-sor kəndində fermer Mirtalıb Mahmudova məxsus pambıq sahəsi və “Balakən Toxum” MMC-yə məxsus taxıl sahəsinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb.
Görüşlərdə pambıqçılıq sahəsində innovativ becərmə və müasir suvarma texnologiyalarının, qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsi, əkin sahələrində yeni aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb
28 Iyul 2026
Azərbaycanda ilk dəfə mal-qaranın əkin sahəsinə zərər vurması ilə bağlı sığorta ödənişi edilib
28 Iyul 2026
Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib
28 Iyul 2026
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
27 Iyul 2026
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
27 Iyul 2026