Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Sabirabad rayonunda aprobasiya prosesinin gedişatı ilə tanış olub.
Sərdar Hacıyev “Fructus Aqropark” MMC-nin toxumluq taxıl sahələrinə baxış keçirib. Bildirib ki, toxumçuluqda rəqəmsal həllərin tətbiqi məqsədilə yaradılan AXA Mobil tətbiqi vasitəsilə ilk dəfə olaraq aprobasiya prosesinin aparılması və nəticələrin sənədləşdirilməsi həyata keçirilir.
Qeyd edək ki, AXA Mobil tətbiqi sahədə məlumatların operativ və mərkəzləşdirilmiş şəkildə ötürülməsi, eləcə də nəticələrin elektron formada paylaşılması baxımından mühüm üstünlüklər təqdim edir.
Sonda aprobator və mütəxəssislərlə görülən işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Aprobasiya prosesinin mövcud təlimat və normativ tələblərə uyğun, vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
27 Iyul 2026
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
27 Iyul 2026
Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb
27 Iyul 2026
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026