Mayın 19-da ADA Universitetinin Qabaqcıl Liderlik İnkişaf Proqramı (QLİP) Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iştirakı ilə dəyirmi masa müzakirəsi ilə davam edib.
Sessiya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatları Mərkəzinin direktoru Rəşad Hüseynovun təqdimatı ilə başlayıb. O, kənd təsərrüfatı sektorunda investisiya imkanları və əməkdaşlıq perspektivləri barədə danışıb.
37 rəhbər və yüksək vəzifəli biznes mütəxəssisini bir araya gətirən müzakirə Dövlət-Özəl Tərəfdaşlığı, strateji inkişaf və Azərbaycanın kənd təsərrüfatı sənayesinin gələcək potensialına həsr olunub.
Nazir Məcnun Məmmədov aqrobiznes, investisiya və strateji idarəetmə sahəsində geniş təcrübəsinə əsaslanaraq iştirakçılarla dəyərli fikirlərini və perspektivlərini bölüşüb.
Nazir həmçinin maraqlı interaktiv müzakirə zamanı auditoriyanın suallarını cavablandırıb.
Daha sonra iştirakçılar və natiqlər arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
27 Iyul 2026
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
27 Iyul 2026
Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb
27 Iyul 2026
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026