Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, dövlət qurumları və tərəfdaşların dəstəyi ilə Daşkəsən rayonu Gənclərin Təlim və İstirahət Mərkəzində Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd aqrar sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl sektor nümayəndələri və fermerlər arasında əməkdaşlığın daha da gücləndirilməsi, kənd təsərrüfatı sahəsində innovativ yanaşmaların təşviqi, regionun aqroturizm potensialının tanıdılması və yerli istehsalçıların məhsullarının geniş auditoriyaya təqdim olunması olub.
Aqrar Biznes Festivalı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, həmçinin aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən stendlər qurulub, müasir kənd təsərrüfatı texnologiyaları, məhsul və xidmətlər nümayiş etdirilib. Fermerlərə subsidiyalar, aqrar sığorta, güzəştli maliyyə alətləri və digər dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib.
Festival çərçivəsində Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının məqsəd və hədəflərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə proqramın əsas prioritetlərini əks etdirən təqdimat materialları stendlərdə nümayiş olunub.
Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər, aqrar sahənin inkişafı üzrə tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə festival iştirakçılarına ətraflı məlumatlar təqdim edilib.
Aqroturizm festivalı çərçivəsində rayonun kənd təsərrüfatı məhsullarının sərgi-satışı təşkil edilib, yerli istehsalçılar tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları, milli mətbəx nümunələri və digər yerli məhsullar nümayiş etdirilib. Festivalda rayonun kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, əl işləri, bal, süd, meyvə-tərəvəz və digər yerli istehsal məhsullarından ibarət sərgilər təşkil olunub, milli mətbəx nümunələri nümayiş etdirilib. İdman yarışları, uşaqlar üçün əyləncə zonaları, STEAM layihələri üzrə təqdimatlar festival iştirakçılarının böyük marağına səbəb olub.
Tədbir iştirakçıları üçün müxtəlif əyləncə proqramları təşkil olunub, günün sonunda isə konsert proqramı ilə başa çatıb.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
07 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
07 Avqust 2026
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
07 Avqust 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qaxda vətəndaşlarla görüşüb
07 Avqust 2026
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
04 Avqust 2026