Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər və Bərdə rayonlarında yerləşən intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.
Səfər çərçivəsində nazir əvvəlcə bağçılıq və əkinçiliklə məşğul olan “Aqropat” MMC-nin Tərtər rayonunun Kəngərli kəndi və Suqovuşan qəsəbəsində yerləşən təsərrüfatlarına baş çəkib. Məlumat verilib ki, şirkət 236 hektarda intensiv bağçılıq fəaliyyəti ilə məşğul olur və əsas məqsəd yüksək keyfiyyətli gilas, şaftalı, nektarin, ərik və xurma istehsal etmək və istehsal olunmuş məhsulları həm daxili, həm də xarici bazarlara ixrac etməkdir. 2021-ci ildən etibarən şirkət ixrac fəaliyyətində ciddi irəliləyiş əldə edib, istehsal olunmuş məhsulların böyük hissəsini Rusiya və digər MDB ölkələrinə ixrac edib. Hazırda məhsulların Avropa və Yaxın Şərq bazarlarına ixracı istiqamətində aktiv iş aparılır.
Nazir Məcnun Məmmədov günəbaxan yağı və tum istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Müəssisələrdə keçirilmiş görüşlərdə keyfiyyətli məhsul istehsalı, ixrac imkanlarının artırılması, ixracın diversifikasiyası istiqamətində atılacaq addımlar və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq imkanları, bu sahədə kadr potensialının gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.
Daha sonra nazir Məcnun Məmmədov “Aydın Agro” MMC-nin Bərdə rayonunda yerləşən heyvandarlıq kompleksi ilə tanış olub. Bildirilib ki, südlük istiqamət üzrə ixtisaslaşmış kompleksdə 1300 baş Holşteyn-Friz cinsli heyvanlar saxlanılır. Kompleksdə ildə 6570 ton yüksək keyfiyyətli süd istehsal olunur. 4 tövlə, qaraj, silos quyusu, anbar və əlavə yardımçı binaların mövcud olduğu heyvandarlıq kompleksi tam avtomatlaşdırılmış sağım sistemləri, heyvanların sağlamlığını izləyən sensor texnologiyaları və yem istehsalı avadanlıqları ilə təchiz olunub. Müasir texnologiyaların tətbiqi süd istehsalının səmərəliliyinin artırılmasına və yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Gələcəkdə süd istehsalının ildə 9125 tona çatdırılması nəzərdə tutulur.
Görüşdə şirkətin gələcək planları, genişlənmə imkanları və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.
AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
25 Avqust 2026
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib
25 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
25 Avqust 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026