• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Tədqiqatlar Mərkəzi doktorantura hazırlığı üzrə Sahə İqtisadiyyatı və Ekonometriya, iqtisadi s...
Aqrar Tədqiqatlar Mərkəzi doktorantura hazırlığı üzrə Sahə İqtisadiyyatı və Ekonometriya, iqtisadi statistika ixtisaslarına qəbul elan edir

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər https://portal.edu.az/ saytı üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Sənəd qəbulu prosesinə 19 may saat 11:00-dan etibarən start verilib. Sənəd qəbulu prosesi 9 iyun saat 18:00-da başa çatacaq.

Aqrar Tədqiqatlar Mərkəzi üzrə təsdiq olunmuş Qəbul Planını təqdim edirik:


Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına

İxtisasın şifri

İxtisasın adı

Plan yer sayı

5312.01

Sahə iqtisadiyyatı

Əyani

Qiyabi

2

2

5302.01

Ekonometriya, iqtisadi statistika

Əyani

Qiyabi

1

-

Fəlsəfə doktoru proqramı üzrə doktorantura, ödənişli əsaslarla

İxtisasın şifri

İxtisasın adı

Plan yer sayı

5302.01

Ekonometriya, iqtisadi statistika

Əyani

Qiyabi

1

-

Qeyd: Ödənişli əsaslarla hazırlıq üzrə illik haqlarının məbləği 1000 manat təşkil edir.

Aqrar Tədqiqatlar Mərkəzi üzrə doktoranturaya QƏBUL QAYDALARI

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi üzrə doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirmiş (magistr dissertasiyasını müdafiə etmiş) Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər.

Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyən edilir.

Fəlsəfə fənni üzrə imtahan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilir.

İxtisas fənnindən qəbul imtahanını Aqrar Tədqiqatlar Mərkəzinin (bundan sonra - Mərkəz) rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız xarici dil imtahanından müvafiq keçid balını toplamış və fəlsəfə fənlərindən “məqbul” almış şəxslər buraxılır.

Şəffaflığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Aqrar Tədqiqatlar Mərkəzində həyata keçirilən ixtisas fənnindən qəbul imtahanının gedişinin sosial şəbəkə üzərindən birbaşa yayımlanması nəzərdə tutulur.

Doktoranturaya qəbul olmaq istəyənlər xarici dil imtahanının təxmini strukturu barədə DİM – dən məlumat əldə etmək olar, ixtisas fənni imtahanlarının sualları xarici dil imtahanından müvafiq keçid balını toplamış iddiaçılara Mərkəzin elmi katibliyi tərəfindən təqdim ediləcəkdir.

Doktoranturaya qəbul üçün tələb olunan SƏNƏDLƏR

  • Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi təşkilatın rəhbərinin adına);
  • Kadrların şəxsi-qeydiyyat vərəqi;
  • Tərcümeyi-hal;
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • İş yerindən xasiyyətnamə;
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış (surəti);
  • Çap olunmuş elmi işlərin siyahısı (və ya ixtisasa aid referat);
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada (notariusda) təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti.