BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Kənd Təsərrüfatı-Ərzaq Sistemində Ədalətli Keçid: COP29 Harmoniya Təşəbbüsü ilə Uyğun İnteqrasiya” mövzusunda panel müzakirə keçirilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mavi zona”da fəaliyyət göstərən pavilyonunda baş tutan tədbirdə COP29 Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünə uyğun aqro-ərzaq sistemlərində ədalətli keçid, inklüziv proses vasitəsilə dayanıqlı ərzaq sistemləri üçün maliyyənin genişləndirilməsi, iqlimə dayanıqlı kənd təsərrüfatına nail olmaq üçün zəruri olan maliyyə alətləri və investisiyaları təşviq edən elmi əsaslı həllər mövzuları müzakirə edilib.
Panel müzakirənin moderatorluğunu Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzinin (ICARDA) Baş Direktorunun Ofisində İqlim Dəyişikliyi üzrə Baş məsləhətçisi Roula Majdalani edib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir dövrdə dayanıqlı aqro-ərzaq sistemlərinə keçid iqlim dəyişikliyinə daha həssas olan fermer və kənd icmalarına hərtərəfli dəstək tədbirlərini zəruri edir. Nazir bildirib ki, aqrar sahə iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olmaqla yanaşı, İstilik Effekti Yaradan Qazların (İEYQ) atmosferə atılmasında da müəyyən paya malikdir. Bununla belə, kənd təsərrüfatı sektoru emissiyaların azaldılması, dayanıqlılığın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsində misilsiz potensialı var. Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqro-ərzaq sistemlərinə keçidin təməl daşlarıdır.
Nazir bildirib ki, Azərbaycan hökuməti iqlimə uyğun ağıllı kənd təsərrüfatının formalaşdırılmasına xüsusi diqqət yetirir. Fəaliyyət strategiyasının mərkəzində kənd təsərrüfatı və ərzaq sistemlərinin iqlim fəaliyyətlərinə inteqrasiyası, uyğun siyasətlərin hazırlanması, innovasiyaların təşviqi, dəqiq əkinçilik, torpaq və su resurslarının mühafizəsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, iqlimə dayanıqlı metodların tətbiqi, ətraf mühitə mənfi təsirlərin azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi dayanır. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə kontekstində qlobal əməkdaşlıq üçün mərkəzi platforma rolunu oynayır, davamlı həlləri miqyasını genişləndirmək, fermerlərin, xüsusilə də qadın və gənclərin səlahiyyətlərini artırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə birgə fəaliyyəti uyğunlaşdırır. İqlim dəyişikliyi ilə mübarizədə öz öhdəliklərinə sadiq qalan Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə vermək üçün səylə çalışır.
Müzakirələrdə çıxış edən ICARDA-nın İdarə Heyətinin üzvü Charles Spillane, FAO-nun İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Təbii sərvətlər üzrə baş mütəxəssisi İnkar Kadırjanova, JRT Təşəbbüsünün İcraçı direktoru Melissa Pinfield, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İqlim uyğunlaşması və təbiətin maliyyələşdirilməsi üzrə direktor müavini Rachael Barza, COP29 Prezidentliyinin eksperti Sona Abdullayeva, “İqlim, İqlim Dəyişikliyi və Cəmiyyət" (CLICCS) Mükəmməllik Klasterində Yer Sistemi Tədqiqatları və Davamlılıq Mərkəzinin (CEN) baş elmi işçisi Jan Vilkens iqlim dəyişikliyi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması, aqro-ərzaq sistemlərində ədalətli keçid prosesində tədqiqat və innovasiyaların rolu, dayanıqlı kənd təsərrüfatı sistemlərində ədalətli və inklüziv transformasiyanı dəstəkləmək üçün əsas maraqlı tərəflər arasında əməkdaşlığın təşviqi, yaşıl enerji və yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə qadınların rolunun daha da artırılması, aqro-ərzaq sistemlərində ədalətli keçid konsepsiyaların Milli Uyğunlaşma Planlarına (NAP) və Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) daxil edilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir iştirakçıları kənd təsərrüfatında əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatı, aqrar sahədə məhsuldarlığın artırılması üçün elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Panel müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024