Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və EGE Universiteti ilə birlikdə "6-cı Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri" üzrə beynəlxalq konfrans keçirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı konfrans iştirakçılarına nümayiş olunub.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, konfransın əsas məqsədi dünyada kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə elmi nailiyyətlər əldə etmiş alimlərin birgə əməkdaşlıq etməsidir. Birgə əməkdaşlıq çərçivəsində tədqiqat işlərinin aparılması, məqalə çapı və birgə layihələrin hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkə əhalisinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bu sahədə ölkəmizin yeganə kənd təsərrüfatı mütəxəssisi hazırlayan ali təhsil ocağı olan ADAU-nun daim diqqət mərkəzində olduğunu bildirilib.
Ege Universitetinin rektoru Necdet Budak, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Mustafa Latif Emek və Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop Türkiyə və Azərbaycan arasında olan möhkəm qardaşlıq əlaqələrindən söz açaraq, konfransın işinə uğurlar arzu ediblər.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, İKSAD təşkilatının Azerbaycan üzrə rəhbəri Elvan Cəfərov da çıxışlar edərək konfransın əhəmiyyətindən danışıblar.
Konfrans öz işini bölmələrdə davam etdirib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Beyləqanda vətəndaşları qəbul edəcək
08 Dekabr 2023
Kişineuda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
08 Dekabr 2023
9-10 dekabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
07 Dekabr 2023
Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib
07 Dekabr 2023
Kişineuda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib
07 Dekabr 2023