“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında fermerlərə dəstəyin gücləndirilməsi və rəqəmsal xidmətlərdən istifadənin təşviqi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi fermerlərə bəyan prosesinin həyata keçirilməsində dəstək göstərilməsini nəzərdə tutan “Rəqəmsal Bələdçi” layihəsinin icrasına başlamaqdır.
Tərəflər əməkdaşlığın qurulmasında göstərilən təşəbbüsə görə təşəkkürlərini bildirib, “Rəqəmsal Bələdçi” layihəsinin fermerlərin bəyan prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına və onlara yerində praktiki dəstəyin göstərilməsinə töhfə verəcəyini vurğulayıblar.Həmçinin, aqrar sahədə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və fermerlərin müvafiq xidmətlərdən istifadəsinin asanlaşdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, layihə çərçivəsində “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının könüllüləri “Zirvə Agro” MMC-nin regionlarda yerləşən filiallarında fəaliyyət göstərəcək, müraciət edən fermerlərə bəyan prosesinin həyata keçirilməsində kömək edəcəklər. Bu təşəbbüs vasitəsilə fermerlərin rəqəmsal xidmətlərdən daha rahat istifadəsinə şərait yaradılması və onların məlumatlılığının artırılması nəzərdə tutulur.
“Rəqəmsal Bələdçi” layihəsinin tərəflər arasında əməkdaşlığın inkişafına, könüllülərin aqrar sahədə fəaliyyətinin genişlənməsinə və fermerlərə göstərilən dəstəyin daha əlçatan olmasına töhfə verəcəyi gözlənilir.
Görüş xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.
Bərdədə aqrar sahə üzrə Dövlət Proqramının icra vəziyyəti müzakirə edilib
24 Noyabr 2026
Zərdabda Dövlət Proqramının icrası və aqrar sahədə investisiya layihələri müzakirə olunub
23 Noyabr 2026
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
23 Noyabr 2026
Biləsuvarda VI Hind Quşu-Mətbəx və Aqrar Biznes Festivalı keçirilib
23 Noyabr 2026
Dünya Bankının nümayəndə heyəti AKİA-da qiymətləndirmə missiyası keçirib
23 Noyabr 2026