Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev mayın 26-da Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında bu rayondan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə bərpa, işlə təmin olunma, subsidiya məsələləri, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
AXA sədri hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra AXA sədri Balakən rayonunun Mahalanma kəndində fermer Zülfüqarov Mürsəl İbrahim oğluna məxsus heyvandarlıq təsərrüfatına, eləcə də Katex kəndində fermer Əliyev Zeynal Hacıməmməd oğluna məxsus meyvə bağına, soyuducu anbara və balıqyetişdirmə sahəsinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb.
Görüşlər zamanı heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma, bəslənmə və yemlənmə şəraiti, həmçinin meyvə bağlarında həyata keçirilən aqrotexniki tədbirlər və məhsulun saxlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra rayon ərazisində qəhvəyi mərmər bağacığına qarşı aparılan monitorinq və mübarizə tədbirləri ilə yerində tanış olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.
Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub
26 May 2026
Cəbrayılın Horovlu, Xocalının Xanabad və Təzəbinə, Ağdərənin Suqovuşan kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbul müddəti uzadılıb
26 May 2026
Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb
26 May 2026
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
26 May 2026
Hacıqabul rayonunda media nümayəndələrinin iştirakı ilə toxumluq əkinlərdə aprobasiya prosesi həyata keçirilib
26 May 2026