Elanlar

  • Ana səhifə
  • Elanlar
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya namizədlərin siyahısı t...

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya namizədlərin siyahısı təsdiq edilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi başa çatıb. On vətəndaş cəmiyyəti nümayəndəsinin İctimai şurada təmsil olunmaq üçün namizədliyi təsdiq olunub. Seçkilər zamanı namizədlərdən daha çox səs toplamış 9 nəfər İctimai Şuiraya üzv seçiləcək.

Səsvermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti qurumları nümayəndələri 3 dekabr 2025-ci il tarixinə kimi aşağıda qeyd olunmuş sənədləri https://forms.gle/pB4guYw28BNLRHGv6 linki vasitəsilə təqdim edə bilərlər:

- Şəxsiyyət vəsiqəsinin surəti;

- İşçi vəsiqəsinin surəti;

- Dövlət qeydiyyatı ilə bağlı sənədin surəti.

 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya seçkilərin 2025-ci il 5 dekabr saat 15:00-da Nazirliyin inzibati binasında (Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 )  keçirilməsi nəzərdə tutulub.

 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslər aşağıdakılardır:

 

S/S

Soyadı, adı, atasının adı

Təmsil olunduğu vətəndaş cəmiyyəti

1

Əmiri Günel Sərdar qızı

Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, “Azərbaycan Maarifçilər Assosiasiyası”nın üzvü

2

Əliyev Emin Fazil oğlu

“Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvü

3

İmamquliyeva Laləzar Arif qızı

“Azərbaycan Gül İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri

4

Əmirbəyov Niyazi Elxan oğlu

“Azərbaycan Taxıl İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri

5

Əmirbəyova Jalə Əhməd qızı

“Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədr müavini

6

Eyyubov Samir Kürdoğlu oğlu

"Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri

7

Əliyeva Mədinə Məzahir qızı

“Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin sədri

8

Həsənli Mürvət Tapdıq oğlu

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri

9

Ələkbərov Elxan Tümən oğlu

“Peşəkar Arıçılar” İctimai Birliyinin sədri

10

Salmanlı Zaur Salman oğlu

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri