Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov oktyabrın 28-də Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin binasında Cəbrayıldan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərini nəzərdən keçirib.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, investisiya müsabiqələrində iştirak, heyvandarlıq təsərrüfatlarının fəaliyyəti, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Şəkidə Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
28 Oktyabr 2026
Bərdədə heyvan sağlamlığı ilə bağlı məsələlər müzakirə edilib
28 Oktyabr 2026
Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb
27 Oktyabr 2026
Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcə
27 Oktyabr 2026
Ucarda “Aqrar Biznes” və “I Çəltik” festivalı keçirilib
23 Oktyabr 2026