Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov noyabrın 28-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərini nəzərdən keçirib.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, arıçılığın inkişafı və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Fərid Nəcəfov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşərək, iş prosesinin təşkili və payızlıq əkinlərin bəyan prosesi ilə maraqlanıb. Görüşdən sonra 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə “Əməkdaşların Tanınma Proqramı” çərçivəsində keçirilmiş sorğunun nəticələrinə əsasən seçilmiş DAİM əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026