Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Almaniyanın aqrar sahədə fəaliyyət göstərən ixtisaslaşmış şirkətlərinin, bank və maliyyə təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış liberal bazar iqtisadiyyatı, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə aqrar sahədə ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq davam etdirilir. Görüş iştirakçıları kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sahədə istehsalın avtomatlaşdırılması, kənd təsərrüfatı texnikaları, ehtiyat hissələri, texnoloji avadanlıqlar, gübrə təminatı, heyvandarlıq sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
18 Aprel 2025
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün Bakıda və Naxçıvanda imtahanlar keçirilib
17 Aprel 2025
BDU-da “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi ilə bağlı vorkşop keçirilib
17 Aprel 2025
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Beynəlxalq Elm Həftəsində iştirak edib
15 Aprel 2025
“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib
15 Aprel 2025