Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi yanında fəaliyyət göstərən Üzüm və Şərab üzrə Milli Ofisin təşkilatçılığı ilə Kişineu şəhərində “Üzüm tingçiliyində adaptasiya üçün texnoloji həllər - şərab sektorunun dayanıqlılığı və iqlim dəyişikliklərinə davamlılığı üçün strateji amil” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirdə Azərbaycanı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov və İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Aynurə Quliyeva təmsil edib.
Seminar Moldova, Azərbaycan, Serbiya, Ukrayna və digər ölkələrdən dövlət qurumlarının nümayəndələrini, alimləri, beynəlxalq ekspertləri, üzüm tingi istehsalçılarını, tingçilik təsərrüfatlarını və şərabçılıq sektoru nümayəndələrini bir araya gətirib. Tədbirdə üzüm tingçiliyinin inkişafı, sertifikatlı əkin materialının istehsalı, iqlim dəyişikliklərinə adaptasiya və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Seminarda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ölkəmizdə üzümçülük və tingçilik sahəsində həyata keçirilən elmi-tədqiqat işlərini əks etdirən təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycanın zəngin üzüm genofondu, yerli üzüm sortlarının ampeloqrafik və molekulyar identifikasiyası, iqlim dəyişikliklərinə adaptasiya istiqamətində aparılan tədqiqatlar, müasir tingçilik sistemlərinin inkişafı, sertifikatlı əkin materialı istehsalı, beynəlxalq əməkdaşlıq layihələri və innovativ yanaşmalar barədə ətraflı məlumat verilib.
Azərbaycanın bu sahədə əldə etdiyi elmi nəticələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Müzakirələr zamanı molekulyar-bioloji tədqiqatlar, ampeloqrafik və genetik analizlər, sertifikatlı ting istehsalı, beynəlxalq elmi layihələr, birgə elmi məqalələrin hazırlanması və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Seminar beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması və Azərbaycanın üzümçülük və şərabçılıq sahəsində əldə etdiyi elmi nailiyyətlərinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edib.
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
29 Iyul 2026
Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb
28 Iyul 2026
Azərbaycanda ilk dəfə mal-qaranın əkin sahəsinə zərər vurması ilə bağlı sığorta ödənişi edilib
28 Iyul 2026
Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib
28 Iyul 2026
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
27 Iyul 2026