Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Funksional analizlər” laboratoriyası sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərinə dair ümumi tələblər standartına uyğun akkreditasiyadan keçib. Laboratoriya sınaq fəaliyyətinin həyata keçirilməsi üçün AZS İSO/İEC 17025 :2020 standartına uyğun akkreditasiya attestatı alıb.
İnstitutun laboratoriyası müvafiq akkreditasiyadan keçməklə gübrə, pestisid, torpaq, su, bitki, meyvə, tərəvəz, toxum sahələri əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ qazanıb.
Qeyd edək ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub. İnstitut Dünya Tərəvəzçilik Mərkəzi ( AGRDC, Tayvan), Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru), Belarus Genetika və Sitologiya İnstitutu, Ümumrusiya Elmi-Tədqiqat Seleksiya və Toxumçuluq İnstitutu (VNİSSOK), Hubey Bio-Texnologiya Peşə Kolleci və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024