2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev 2024-cü il oktyabrın 4-də, saat 10:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-887-77-65) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Qusarda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
04 Oktyabr 2024
Bu il Bal yarmarkasında 67.5 ton arıçılıq məhsulu satılıb
04 Oktyabr 2024
Azərbaycan və Belarus kənd təsərrüfatı nazirlikləri arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
04 Oktyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzi ilə Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutu arasında görüş olub
03 Oktyabr 2024
Balakən və Qax rayonlarında toxum sərgi-satış yarmarkaları keçirilib
02 Oktyabr 2024