Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprel ayının 1-dən sentyabr ayının 1-dək qadağan edilir.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsin verdiyi məlumata əsasən, sentyabr ayının 1-dən etibarən adları çəkilən daxili su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti almış şəxslər Qaydalarla müəyyən edilmiş şərtlər əsasında ovu davam etdirə bilərlər.
Qanunvericiliyə əsasən idman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur və Qaydalarla müəyyən edilmiş şərtlər daxilində həyata keçirilə bilər.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Kənd Təsərrüfatı Nazirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib
01 May 2026
Mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir
01 May 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi elan olunur
30 Aprel 2026
FAO ilə birgə Azərbaycanda FDMS-in təkmilləşdirilməsi imkanları müzakirə olunub
30 Aprel 2026
Aqrar Xidmətlər Agentliyi ilə Xəzər Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
30 Aprel 2026